“27 Sentyabr - Vətən müharibəsi şəhidlərinin Anım Günüdür”

Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən, bu Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə " 27 sentyabr -Vətən müharibəsi şəhidlərinin Anım Günüdür" adlı tədbir keçirildi. Tədbirdə Məktəbin müəllim kollektivi , şagirdlər , məktəbin məzunu olmuş qazilər və şəhid ailələri iştirak etdi. İlk öncə Vətən Müharibəsində həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şəhid ailə üzvü Tural Məmişovun yoldaşı Ülkər xanım çıxış etdi. Müharibə iştirakçıları keçdiyi döyüş yolu haqqında şagirdlərə qısa məlumat verdilər. Tədbirdə  27 sentyabr -Anım günü ilə bağlı keçirilmiş inşa və rəsm müsabiqəsinin qalibləri diplomla təltif olundular. Məktəbin şagirdlərinin ifasında şeirlər səsləndi. sonda tədbir iştirakçıları şəhid məzarlarını ziyarət etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi