Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq, Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği bəndinə əsasən onlayn tədbir keçirildi. Tədbirdə məktəbin X sinif şagirdləri iştirak edirdi. Tədbir Əfsanə Qələndərovanın təşkilatçılığı ilə keçirildi.Mövzu ilə əlaqədar müəllim şagirdlərə məlumat verdi, video-çarx göstərildi. Şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi. Məqsəd şagirdlərdə mənəvi və fiziki sağlamlığın formalaşması, sağlam həyat tərzinin təbliği və təşviqidir. Fiziki inkişaf səviyyəsi əhalinin sosial sağlamlığının əsas göstəricisidir.