Son zəng

Bu gün pandemiya dövrünün şərtlərinə uyğun olaraq Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə "Son zəng " tədbiri keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra məktəbin direktoru Səma Həziyeva çıxış etdi. 1 ci və 2 ci Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmalə Hüseynova , sinif rəhbərləri Rauf Əliyev , Tünzalə Rəsulova , fənn müəllimləri Əfqanə İsmayılova , Əfsanə Qələndərova , Sevda Gözəlova və Esmiralda Həsənova məzunları təbrik etdi. Məktəbimizdən 57 şagird məzun oldu. Arzu edirik ki, bütün məzunların səsi ali təhsil ocaqlarından gəlsin.