Lütfi Zadə -100 Açıq dərs

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən professor Lütfi Zadənin həyat və elmi yaradıcılığına həsr olunmuş “açıq dərs” keçirilmişdir. Məktəbin riyaziyyat müəllimi Aygün Axundova şagirdlərə professor Lütfi Zadənin həyat və elmi yaradıcılığı haqqında məlumat verdi.