Mülki müdafiə və hər bir evdə ilk yardım edən

Məktəbdə 1mart “Ümumdünya MM günü” münasibəti ilə 01.03.2021-ci il tarixdə “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda tədbir keçirilmişdir. Tədbirə MM qüvvələrinin komandir-rəis heyəti və şəxsi heyəti, habelə MM qüvvələrinə cəlb olunmayan işçilər cəlb olunmuşlar.
Xüsusi karantin rejimi qaydalarına əməl etməklə Mülki müdafiə gününün mövzusuna əsasən müəllim və şagirdlərə mühazirə oxunmuşdur. Fərdi mühafizə vasitələrindən istifadə praktiki nümayiş olunmuşdur. İlkin tibbi yardım göstərilməsi qaydaları nümayiş etdirilmişdir. Ölkəmizdə koronavirus (covid-19) pandemiyasının geniş yayılma təhlükəsinin qarşısını almaq məqsədilə qeyd olunan mövzu ətrafında məhdud sayda iştirakçı cəlb olunmuşdur.
Tədbirin keçirilməsində əsas məqsəd:
- Şagirdlərin vətənə, dövlətimizə məhəbbət, vətənimizin qorunmasında öz
konstitusiya borcunun yerinə yetirilməsinə hazır olması ruhunda tərbiyə olunması.
- Keçirilən Mülki müdafiə tədbirlərinin effektivliyinə inamın tərbiyə olunması.
- Şagirdlərin yüksək mənəvi-siyasi, habelə psixoloji keyfiyyətlərini inkişaf
etdirmək və təkmilləşdirmək.
Tədbirin keçirilməsinədək olan müddət ərzində lazımi sənədlər hazırlanmışdır. Tədbirin keçirilməsində məqsəd bütün işçilərin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərin və əməli vərdişlərin artırılması olmuşdur.
Mövcud şəraitdə şagirdlərin bir qisminin və pedaqoji heyətin iştirak edə bilməməsinə baxmayaraq, tədbir yüksək səviyyədə keçirilmiş və qarşıya qoyulan məqsədə əsasən nail olunmuşdur.