Şəhidliyin zirvəsi

Mayın 19-u 103 saylı tam orta məktəbdə Xocəsən qəsəbə şəhidi Hacıağayev Cabbarxan İlham oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə şəhidə həsr olunmuş videoçarxlar,slaydlar nümayiş olundu.Şagirdlərin ifasında şeirlər səsləndi.9b sinif şagirdi Allahverdiyev Elnurun ifasında "Ana, əsgər gedirəm" mahnısı səsləndi.Tədbirin sonunda şəhidin atası İlham bəy çıxış etdi. Sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət etdilər.Tədbirdə 103 saylı məktəbin müəllim və şagird kollektivi,şəhidin qohumları,Xocəsən qəsəbə ağsaqqalları şurasının sədri A.Məmmədov və s.iştirak edirdilər.