Xocalı qan yaddaşımız

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. 23 fevral tarixində “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi , 25 fevral tarixində "Xocalı qan yaddaşımız " adlı ədəbi -bədii kompozisiya keçirilmişdir. Fevralın 26-da ilk dərslər Xocalı soyqırımının 29-cu il dönümünə həsr edilmişdir.
Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər. Bildirilib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək.