Şəhidlər unudulmur

19 fevral tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin 4c sinif rəhbəri Arzu Eyvazovanın təşkilatçılığ ilə şəhid İsmayılzadə Səməndər Vahid oğlunun ailəsi ilə şagirdlərin onlayn görüşü keçirildi. Görüşdə şəhidin anası Fəridə xanım şagirdlərə oğlu ilə bağlı xatirələrini danışdı. Şagirdlərin suallarına cavab verdi. Arzu Eyvazova şagirdlərə Səməndər İsmayılzadənin keçdiyi döyüş yolu haqqında şagirdlərə məlumat verdi .Tədbirdə şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu.