Valideynlərlə onlayn görüşlər

103 nömrəli tam orta məktəbdə müəllim və valideynlərlə birlikdə şagirdlərin fərdi psixoloji xüsusiyyətlərinin, meyl və maraqlarının, onların təlim-tərbiyəsində və sosiallaşmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi, psixoloji davranışında, təhsil mühitinə və kollektivə uyğunlaşmasında, əhatə olunduğu insanlara qarşı münasibətlərində müşahidə edilən çətinliklərin, riskli davranışlara, zərərli vərdişlərə aludəçiliyin vaxtında aşkar edilərək aradan qaldırılması istiqamətlərində qabaqlayıcı tədbirlər həyata keçirilir. Məktəbin psixoloqu Sevinc Abbasova risk qrupu daxil olan şagirdlərin valideynləri ilə onlayn söhbətlər aparmışdır.