Virtual psixoloji dəstək

Mövcud pandemiya vəziyyətində şagirdlərin təhsildən geri qalmaması ilə bərabər, həm onların, həm də valideynlərin psixoloji sağlamlığının qorunmasına da xüsusi diqqət ayrılır. Məktəbimizin psixoloqu Sevinc Abbasova şagirdlərlə tez-tez onlayn görüşlər keçirir . Pandemiya şəraitinə keçən gündən şagirdlərimizin dərs hazırlığı ilə yanaşı, psixoloji vəziyyətləri də bizim üçün əsas qayğı istiqamətlərindən biri oldu.