Azərbaycanı bütün dünyaya tanıtdıran sərkərdə

103 nömrəli tam orta məktəbdə 22 yanvar tarixində Sevinc Şirinovanın təşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq " Azərbaycanı bütün dünyaya tanıtdıran sərkərdə " adlı videomühazirə keçirilmişdir.Sevinc Şirinova şagirdlərə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatlar vermişdir.