Şanlı qələbəyə nail olan lider

25 dekabr tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Murad Əliyevin təkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi dövründə ölkəmizi şanlı qələbəyə aparan daxili və xarici siyasəti barədə videokonfrans keçirildi. "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Faəliyyət Planına uyğun olaraq keçirilən videokonfransda Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Qarabağın tarixi,Birinci və İkinci Qarabağ müharibələri,Şəhid təhsil işçiləri,Qarabağ abidələri mövzuları ətrafında çıxışlar dinlənildi, müzakirələr aparıldı. Məktəbin tarix müəllimi Murad Əliyev çıxış edərək,Cənab Prezident Ali Baş Komandanın rəhbərliyi altında qələbə ilə başa çatan 44 günlük Qarabağ savaşının xalqımızın həyatında bir dönüş nöqtəsi olduğunu bir daha vurğuladı.