Azərbaycan xalqının tarixi qələbəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında "Təhsil Nazirliyinin 2020-2021 ci tədris ili üçün Fəaliyyət Planın " Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması bəndi ilə əlaqədar olaraq ədəbiyyat fənni üzrə 23 dekabr tarixində Gülnar Lətifovanın 7c sinfində T.Bayram "Ən gözəl " şeiri , 24 dekabr tarixində Raziyyə Əliyevanın 7 a sinfində B.Vahabzadə " Vətəndaş" şeiri , Sevinc Əhmədovanın 7b sinfində " Təbiətin mühəndisləri ", 25 dekabr Əfsanə Qələndərovanın 7ç sinfində Z.Xəlil " Sonuncu güllə" , 26 dekabr tarixində Elza Əlihüseynovanın 6c sinfində H.Ziya " Qarabağda" mövzusunda dərsləri keçirilmişdir.