QARABAĞ AZƏRBAYCANDIR!

15 dekabr tarixində Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqə keçirildi. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.Həmçinin Azərbaycanın, xüsusilə də işğaldan azad olunmuş ərazilərin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması da əsas hədəflərdəndir. Müsabiqənin məktəbdaxili mərhələsində 16 şagird onlayn şəkildə iştirak etmişdir. Müsabiqənin qalibi 10 b sinif şagirdi Elnur Rəhimov olmuşdur. Elnura gələcəkdə uğurlar arzulayırıq !