28 May - Respublika Günündür

Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu tarixdən 102 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaradıb.
Bu əlamətdar tarixi gün münasibətilə Z.Məmmədov adına 103 nömrəli məktəbin şagirdləri videoçarxlar hazırlayıb.
Videoçarxlara aşağıdakı keçiddən baxa bilərsiniz
https://www.youtube.com/watch?v=p1xiwiODL7I
https://www.youtube.com/watch?v=FMLD0f4WoE4
https://www.youtube.com/watch?v=dTza037zgnE