Koronavirus (COVID-19): Valideynlər nəyi bilməlidir

Özünüzü və uşaqlarınızı necə qorumalı.
“Yeni” koronavirus nədir?
Yeni koronavirus (CoV) dedikdə koronavirusun yeni ştammı nəzərdə tutulur.
İlk dəfə olaraq Çinin Uhan şəhərində qeydə alınmış yeni koronavirus tərəfindən törədilən xəstəlik koronavirus xəstəliyi 2019 (COVID-19) adlandırılmışdır: CO – korona, Vİ – virus və D - xəstəlik (ingilis dilində “disease”) deməkdir. İlk vaxtlar bu xəstəlik “2019 yeni koronavirus”, yaxud “2019-nCoV” olaraq da adlandırılmışdır.
COVID-19 virusu Ağır Kəskin Respirator Sindrom (SARS) ilə eyni virus ailəsi və adi soyuqdəymənin bəzi növləri ilə əlaqələndirilən yeni virusdur. COVID-19 virusu necə yayılır?
Bu virus yoluxmuş insanın tənəffüs damcıları (öskürək və asqırıq nəticəsində yaranan) ilə birbaşa təmas və virus ilə çirklənmiş səthlərə toxunma yolu ilə ötürülür. COVID-19 virusu səth üzərində saatlarla qala bilsə də, adi dezinfeksiyaedici maddə ilə zərərsizləşdirilə bilir.