Bilik yarışması

28 fevral tarixində 103 nömrəli tam orta məktəbdə Uşaq birliyi təşkilatı rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə "Bilik yarışması " keçirildi. Bilik yarışmasında məktəbin VII sinifləri iştirak edir. Yarışmada təkcə şagirdlərin keçdiyi fənnlərdən deyil həm də əlavə suallar var idi. Bilik yarışmasının qalibi VII b sinfinin " Göytürk " komandası oldu. Yarışma zamanı məktəbin tədbirlərində fəal iştirak edən şagirdlərə təşəkkürnamə verilmişdir. Gələcək yarışmalarda şagirdlərimizə uğurlar arzulayırıq!