1 mart Ümumdünya Mülki Müdafiə günüdür

Fevralın 28 -də Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə " 1 mart Ümumdünya Mülki Müdafiə günü " ilə əlaqədar tədbir keçirildi.Tədbirdə məktəbin hərbi rəhbəri Samir Musayev çıxış edərək bildirdi ki ,  Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü - kütləvi humanitar tədbir kimi qeyd edilir. 1993-cü ildən bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə daxil olan Azərbaycan da hər il təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Sonra məktəblilər MM normalarını yerinə yetirmiş, məktəb ərazisində şərti olaraq yaradılmış yanğın ocaqlarının söndürülməsi, hadisə nəticəsində xəsarət almış məktəblilərə ilk tibbi yardımın göstərilməsi və onların xilasedicilərin köməyi ilə hadisə yerindən necə çıxarılmasını nümayiş etdiriblər.

Həmçinin 2c sinfində 1 mart Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar nümunəvi dərs keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi