Xocalı qan yadddaşımız

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. 24 fevral tarixində “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi , 25 fevral tarixində “Xocalı-əsrin faciəsi” adlı dəyirmi masa , 26 fevral tarixində "Xocalı qan yaddaşımız " adlı ədəbi -bədii kompozisiya keçirilmişdir. fevralın 26-da ilk dərslər Xocalı soyqırımının 28-ci il dönümünə həsr edilmişdir. Məktəbin pedaqoji işçiləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər.
https://www.youtube.com/watch?v=EFrvtvYLtP4
http://youtube.com/watch?v=BciOoyjsh-I