İrəli gənclərlə

Fevralın 3-də Uşaq birliyi təşkilatı rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə 103 nömrəli tam məktəbdə Azərbaycan Gəncləri gününə həsr olunmuş "İrəli gənclərlə" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.
Gənclərə həsr olunmuş video-çarx nümayişindən sonra, Vüsalə .Məmmədova tədbir iştirakçılarını salamlayaraq gəncləri bayram münasibətilə təbrik edib. Bildirib ki, bu gün 1997-ci ildə ümumilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər günü gəncliyə göstərilən diqqət və qayğının bir nümünəsidir. Azərbaycanda hər il gənclər günü böyük təntənə ilə qeyd olunur.
Daha sonra tədbirdə iştirak edən gənclər onlara göstərilən böyük diqqət və qayğıdan və son zamanlar ölkə başçısı tərəfindən gənclərə yaradılan şəraitlərdən danışıblar.
Tədbirin sonunda şagirdlər arasında yarışma keçirilmişdir.