Ülvi hisslərdən şəhidlik zirvəsinə

103 nömrəli tam orta məktəb UBTR Vüsalə Məmmədovanın təşkilatçılığı ilə XX əsrin köksündə silinməz iz qoyan 20 Yanvar faciəsinin otuz illiyi münasibəti ilə silsilə tədbirlər təşkil olunub. 10 yanvar tarixində IV sinif şagirdləri , 16 yanvar tarixində 1 c , 2c , 3 e sinif şagirdləri Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər və məzarlarının üzərinə çiçəklər düzüblər. Şagirdlərin təqdimatında fotostendlər hazırlanmış və rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin qalibi 4d sinif şagirdi Fatimə Rəhimli olmuşdur. 17 yanvar tarixində Minayə Məmmədovanın təşkilatçılığı ilə kitabxanada kitab sərgisi və dəyirmi masa keçirilmişdir. Aysel Əsədovanın təşkilatçılığı ilə " Ülvi hisslərdən şəhidlik zirvəsinə " adlı tədbir keçirilmişdir. 17 yanvar tarixində ilk dərslər 20 Yanvar faciəsinə həsr olunmuşdur.