Məmməd Aslan- 80

24 dekabr tarixində 103 nömrəli məktəbdə kitabxanaçı Minayə Məmmədovanın təşkilatçılığı ilə Məmməd Aslanın 80 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Minayə Məmmədova şagirdlərə şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. O , bildirdi ki , Məmməd Aslan iyirminci əsr Azərbaycan poeziyasının çox görkəmli nümayəndələrindən biridir. O, həm xalq şeirinin ruhunun ifadəçisi kimi, həm müasir üslubda yazan və Azərbaycan şeir ənənəsini çox ustalıqla davam etdirən bizim böyük sənətkarlardan, söz ustalarında biridir. İstər onun şeiri, istərsə də Azərbaycan publisistikasında xüsusi yer tutan bədii publisistik yazıları hamısı bizim düşüncə tərzimizin, ruhumuzun ifadəsi olması baxımından çox böyük dəyəri var.

Daha sonra şagirdlərin ifasında şeirlər səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi