Təbiət fəryad edir

24 dekabr tarixində 103 nömrəli məktəbdə " Təbiət fəryad edir" adlı tədbir keçirildi. Tədbirin əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərmək, şagirdləri ekoloji iməciliklərə cəlb etməklə onlara ekoloji bilgilərin praktik faydalarını izah etmək, uşaqlara təbiətlə düzgün təmas vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrdə ekoloji etikanın formalaşması işinə yardım etməkdən ibarətdir. Həmçinin, şagirdlər tərəfindən ekologiyaya, təbiətə həsr olunan şeirlər səsləndirilib, müxtəlif səhnəciklər göstərilib.