Sahilsiz ömür

103 nömrəli tam orta məktəbdə məktəbin kitabxanaçısı  Minayə Məmmədovanın təşkilatçılığı ilə  Nəbi Xəzrinin 95 illik yubileyi ilə əlaqədar " Sahilsiz ömür " adlı tədbir keçirildi.Tədbirdə X sinif şagirdləri iştirak edirdi.Minayə Məmmədova çıxışında bildirdi ki ,  Nəbi Xəzri müasir bəşəriyyətin tərkib hissəsinə daxil olan poetik təfəkkürlü bir şəxsiyyətdir. Ona görə də şairin poeziyasında həm doğma torpağa bağlılıq, həm də yerdən kainata nəzər salmaq qabiliyyəti vardır. N. Xəzri yaradıcılığı üfüqi istiqamətdə bütün Azərbaycanı, Azərbaycan xalqını və onun ardınca dünya xalqlarını əhatə edir. Bu onun poetik yaradıcılığında qabarıq şəkildə öz əksini tapır. Bu gün uzun yaradıcılıq yolu keçir.

Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi