Müasir Azərbaycan dövlətinin memarı və qurucusu

12 dekabr tarixində 103 nömrəli tam orta məktəbdə ümumilli lider Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Ulu öndərin genişmiqyaslı fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Sonda məktəbin direktoru Səma Həziyeva xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin qurucusu, banisi, memarı, əbədiyaşar lider, böyük tarixi şəxsiyyət Heydər Əliyevin öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanması, 1993-2003-cü illərdə aparılan siyasət nəticəsində Azərbaycanın inkişaf yoluna qədəm qoyması, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirməsi, dünyada böyük hörmətə malik olması, ölkə daxilində başlanan islahatların dövlətimiz üçün həlledici rol oynaması barəsində ətraflı söhbət edib.