Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə

Təhsil Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə X-XI sinif şagirdlərinin iştirakı ilə müəyyən olunmuş mövzularda 7 dekabr 2019-cu il tarixində inşa-yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə 13 şagird iştirak etmişdir. Onlardan 11 b sinif şagirdi Salahzadə Sarxan və 11a sinif şagirdi Quliyeva Məleykə müsabiqənin qalibi olmuşdur.