Gəlin tanış olaq

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gəlin tanış olaq!” müsabiqəsi keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə şagirdlərin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə sadiq ruhda və vətəndaşlıq mövqeyini dərk edərək hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etmək məqsədlərinə xidmət edir. Şagirdlərin yaşadıqları ərazinin quruluşu, spesifikliyi, maddi-mənəvi irsi haqqında biliklərinin formalaşmasına təkan vermək, onlarda araşdırmaq, təhlil aparmaq, əldə etdikləri nəticələri təqdim etmək bacarıqlarını formalaşdmaq, məktəblilərin tariximizə, adət-ənənəmizə olan marağının daha da artırılmasına müsbət təsir etmək də müsabiqənin əsas hədəflərindəndir.103 nömrəli tam orta məktəbin "Kiçik Akademiya " nın üzvləri Xocəsən qəsəbəsində araşdırma aparmışlar. Xocəsən qəsəbəsinin tarixi ilə maraqlanmışlar.