Şagirdlərimiz Qala muzeyində ekskursiyada olublar

              13.06.2019-cu il tarixdə məktəbimizin II sinif şagirdləri müəllim və valideynləri ilə birlikdə Bakının Qala kəndində yerləşən Qala Dövlət Tarix Etnoqrafiya muzey kompleksində ekskursiyada olublar.

Ekskursiyanın keçirilməsində məqsəd şagirdləri milli-mənəvi dəyərlərimizlə, tarixi abidələrimizlə tanış etmək, onların biliklərini, məlumatlılıq  səviyyəsini genişləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Şagirdlərimiz Qala-muzey kompleksində yerləşən 4 muzeylə - Arxeoloji, Əntiq əşyalar, Qəsr və Tullantıdan sənətə muzeyləri ilə yaxından tanış olublar.

Onlar tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənlərinə, qayaüstü rəsm və təsvirlərə, XVIII əsrin yadigarı olan təndirə, qayaların üzərində həkk olunmuş insan və heyvan fiqurlarına, toxuculuq, dulusçuluq, dəmirçilik nümunələrinə, Qavaldaş, keramika, məişət və bəzək əşyalarına, qədim silah və sikkələrə maraqla tamaşa ediblər.

Şagirdlərə qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı yaradılıb. Onlar xalqımızın qədim tarixi, mədəniyyəti, qədim el sənətləri barədə maraqlı məlumatlar əldə ediblər, asudə vaxtlarını şən və səmərəli keçiriblər.

Uşaqlar ekskursiyadan xoş təəssüratlarla qayıdıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi