Müstəqillik tariximiz

           Məktəbimizin I siniflərində 15 iyun Milli Qurtuluş günü qeyd olunub. Şagirdlərə 15 iyun tarixi haqqında geniş və ətraflı məlumat verilib.

Qeyd edilib ki, 15 İyun Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir. Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti doğma vətənimizi parçalanmaqdan, məhv olmaq təhlükəsindən xilas edib.

Həyatı, fəaliyyəti, yaşadığı mənalı ömrü Vətənə məhəbbət, sədaqət nümunəsi olan bu dahi insanın xidmətləri sayəsində Azərbaycan müstəqilliyinə, azadlığına qovuşub. 

Xalqımız azad və firavan yaşayır. Dövlətimiz inkişaf edir. Azərbaycan balaları yeni tipli məktəblərdə təhsil alır, pulsuz kitablarla təmin olunur. Onların inkişafı üçün hər cür şərait yaradılıb.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi