Ədəbiyyat milli-mənəvi sərvətimizdir

Binəqədi rayonu M.X.Axundzadə adına 102№-li tam orta məktəbdə fəaliyyət planına uyğun olaraq 2016-cı il oktyabr ayının 25-dən noyabr ayının 25-nə kimi Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi vəziyyətini öyrənmək, şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması yollarını araşdırmaq məqsədi ilə fənn aylığı keçirilmişdir.Aylıq ərzində müəllimlərin açıq dərsləri dinlənilərək təhlil olunmuş, bədii qiraət ,inşa yazı müsabiqəsi keçirilmiş,qaliblər mükafatlandırılmış,bədii əsərlərə çəkilmiş rəsmlərin sərgisi təşkil olunmuşdur.23.11.2016-cı il tarixində ,,Ədəbiyyat milli-mənəvi sərvətimizdir” adlı tədbir keçirilmişdir.Tədbirdə Aşərbaycan ədəbiyyatının keçdiyi tarixi inkişaf yollarndan ,ədəbiyyatın insan həyatındakı rolundan danışılmış, şifahi xalq ədəbiyyatından, dövrlər ,mərhələlər üzrə şair və yazıçıların əsərlərindən nümunələr söylənilərək, səhnəciklər göstərilmiş,mahnılar ifa edilmişdir.Tədbiri Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri İradə Kamil qızı Quliyeva ,fənn müəllimləri Afət İdris qızı Vəlibəyova,Rəna Qulam qızı Əbdüləzimova hazırlayaraq təqdim etdilər.5a,6b,7a,9b,9a sinif şagirdləri xüsusilə fərqləndilər.Azərbaysan dili və ədəbiyyat müəllimi , filologiya üzrə fəlsəfə elmləri doktoru Mələk Vasif qızı Süleymanovanın ,,Sintaktik əlaqələr” mövzusunda açıq dərsi müəllimlərin daha çox rəğbətini qazandı.Fənn aylığının yekunu olaraq dəyirmi masa keçiriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi