Kitabxanaya ekskursiya

Fevralın 18-də məktəbimizin II sinif şagirdlərinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasına ekskursiyası təşkil olunub. 

Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Səidə Sərdarova şagirdləri şöbə ilə yaxından tanış edib. Məktəblilər Uşaq şöbəsində təşkil olunan müxtəlif mövzulu sərgilərə, kiçikyaşlı oxucuların əl işlərindən ibarət guşəyə böyük maraq göstəriblər. Onlar şöbədə təşkil olunmuş “Nağıl dünyası”, “Bacarıqlı əllər”, “Ekologiya aləmi”, “Uşaq hüquqları”, “Yol hərəkəti qaydaları”, “Tariximizi öyrənək, “Folklor nümunələri” adlı sərgi və guşələrlə yaxından tanış olublar. Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva məktəblilərə kitabxanada təşkil olunmuş ”Dahi şəxsiyyət”, “Milli qəhrəmanlarımız”, “Qarabağ”, “Turizm Guşəsi”  və digər sərgilər haqqında məlumat verib.

Sonra miniatür kitablara baxış keçirilib. İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva məktəbliləri şöbə ilə tanış edərək onlara Binəqədi rayon MKS-nin binagadi.cls.az saytı, İntagram və Facebook səhifələri haqqında geniş məlumat verib.

Daha sonra İnformasiya resurs şöbəsinin fondunda olan müasir informasiya daşıyıcıları nümayiş etdirilibMərkəzləşdirilmiş Kitabxana Sistemində şagirdlər üçün “Mütaliə saatı” da təşkil olunub. Heydər Əliyev və məktəblilər, Milli qəhrəmanlarımız, Bitki və heyvanlar aləmi mövzularında kitablar və müxtəlif mövzulu nağıllar mütaliə olunub.

 İkincilərin kitablar və kitabxana haqqında olan sualları ətraflı cavablandırılıb. Şagirdlərimiz Uşaq şöbəsinin Məktəbli oxucu qrupuna üzv yazılıblar. Onlar ekskursiyadan böyük təəssüratlarla qayıdıblar.

Təşkil olunmuş ekskursiyanın məqsədi şagirdlərin kitabxanalarla, kitab fondu ilə yaxından tanışlığını təmin etmək, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, onları qorumaq tərbiyəsi formalaşdırmaq, eləcə də kitabxanaların oxucu sayını artırmaq, şagirdlərdə bədii zövqü inkişaf etdirmək, mütaliə mədəniyyəti formalaşdırmaq, kitab oxumağa həvəs oyatmaqdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi