Düzgün ixtisas seçimi

Yanvarın 16-da məktəbimizdə yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə işləri aparılıb. Qərbi Kaspi Universitetinin əməkdaşları Muradlı Ürfan, Hacıyeva Rəna və Allahverdiyev Paşa tərəfindən məktəbimizin X-XI sinif şagirdlərinə düzgün ixtisas seçimi istiqamətində təlimlər keçirilib.

Təlimin keçirilməsində məqsəd şagirdlərdə yüksək texnologiyalar sahəsində ixtisas seçimi üzrə bacarıqların formalaşdırılması və buraxılış siniflərdə imtahanqabağı psixoloji gərginliyin aradan qaldırılmasıdır.

Təlim zamanı şagirdlərə peşələr haqqında dolğun və ətraflı məlumatlar verilib, maraqlı video-çarx nümayiş etdirilib. Müəllimlər şagirdləri maraqlandıran sualları həvəslə cavablandırıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi