Məktəbimizin Vlll "q" sinif şagirdi Fidan Bayramova dünya məktəbliləri arasında keçirilən Beynəlxalq Təbiət, Texnologiya, Mühəndislik, Riyaziyyat (STEM - Science, Technology, Engineering, Mathematics) Olimpiadasında Biologiya kateqoriyası üzrə I yeri tutaraq qızıl medala layiq görülüb. Fidan ən yüksək nəticəyə nail olaraq 100 bal toplayıb. Bu yüksək nailiyyət münasibətilə Fidanı, onun ailəsini, məktəb kollektivini, şəxsən məktəbin direktoru Mailə İsmayılovanı uğurlarımızın davamlı olması diləyi ilə təbrik edirik.
Məktəbimizin lX"q" sinif şagirdi Fidan Bayramova 23 may 2022- ci ildə Dubayda keçirilən ən yaxşı diplomatların çıxışı zamanı dəyərli, fəal və parlaq diplomatik və liderlik bacarıqlarını nümayiş etdirdiyinə görə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Sertifikatına layiq görülüb. Azərbaycan nümayəndəliyi l yerə çıxaraq Sertifikat alıb.