Məktəbimizin XI "a"sinif şagirdi Qurbanov Ranal Bəşir oğlu 32-ci Beynəlxalq Biologiya Olimpiadasının (İBO - 2021) qızıl medalçısıdır.
Bu, Ranalın 2020-2021-ci tədris ilində 2-ci qızıl medalıdır. O həm də fənn olimpiadalarının respublika turunda biologiya fənni üzrə ən yüksək bal toplayaraq qızıl medala layiq görülüb. Qızıl medalçılar arasında “Birincilik” nominasiyası üzrə birincilərin birincisidir. Xatırladırıq ki, Ranal Qurbanov 2020 – ci ildə dünya üzrə keçirilən "lBO Challenge 2020" 31-ci Beynəlxalq Biologiya Olimpiadasında uğur qazanaraq gümüş medal qazanıb.
Məktəbimizin l "d" sinif şagirdi İlqar Abas oğlu İsrafilbəyli SIMICC-nin Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadasında (SASMO) bürünc medal qazanıb.
O, SASMO olimpiadasında dünya üzrə 34000-dən çox iştirakçı ilə yarışan 1265 azərbaycanlı şagird arasında yüksək nəticə əldə edib.