Böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi

 

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət  mərkəzindədir.

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və  2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında möhtərəm Prezidentimiz cənab İlham Əliyev sərəncamlar imzalamışdır.Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir,Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan mədəniyyətinin dünyada tanınması, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində həyata keçirilən möhtəşəm layihələr bunun ən yaxşı göstəricisidir. Ölkəmizdə  Nəsimi ilinin  keçirilməsi ilə  bağlı hazırlanmış proqram çərçvəsində ölkə üzrə bütün idarə və müəssələrdə, təhsil ocaqlarında da 2019-cu ilin Nəsimi ili elan olunması ilə bağlı geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir.

 Böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar paytaxtın bütün təhsil ocaqlarında olduğu kimi 29.11.2019-cu il tarixində101 №-li tam orta məktəbdə də tədbir keçilib. Məktəbin akt zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlamışdır.Tədbirdə Nəsimi filmindən fraqment göstərildi məktəblilər böyük söz ustadının qəzəllərini səsləndirdilər,şairin həyat və yaradıcılığına baş vuruldu.

Tədbirdə çıxış edən qonaqlar İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Xədicə Heydərova, Adilə Nəzərova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva  bildirmişdir ki 2019-cu ilin “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstərici olduğunu ,eyni zamanda bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfə olduğunu bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi