Bayrağımız qürur mənbəyimizdir

Noyabrın 8-də məktəbin İbtidai sinif müəllimi Fətəliyeva Ülkərin rəhbərlik etdiyi IV “ C “ sinif şagirdləri  “ Bayrağımız  qürur  mənbəyimizdir! ” adlı tədbir təşkil etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə şagirdlər bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirlərini, Azərbaycan bayrağının şanlı tarixi haqqında maraqlı məlumat söylədilər. Şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Bayrağımızı milli birliyin nişanəsidir. Şagirdlər hər zaman uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutacaqlarına and içiblər. Məktəbin direktoru Məmmədova Səidə xanım sonda çıxışında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağını əminliklə qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi