Uşaq hüquqları Konvensiyası

BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Məhs bu standartlar əsasında məktəbdə “ Uşaq hüquqları Konvensiyası ” adlı tədbir keçirildi.Tədbirdə iştirak edən bütün uşaqlar öz hüquqları haqqında məlumatlar verdilər.Onlar burada seirlər , mahnılar, rəqslər və səhnəciklərlə çıxış etdilər

Tədbirdə iştirak edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiə Namazova çıxış edərək bildirmişdir ki,cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunması məqsədilə mühüm qanunlar və proqramlar qəbul olunur.Uşaqların hüquqlarının müdafiə olunması və onların inkişafı naminə Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan sosial ,iqtisadi və hüquqi islahatlar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.Çıxışda qeyd olunmuşdur ki,ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb,konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının həyata keçirilməsi “ Yoxsulluğun Azaldılması və iqtisadı İnkişaf üzrə Dövlət Strategiyası “nda öz əksini tapmış bu proqramla məktəblilər üçün dərsliklərin pulsuz təmin olunması , dərs proqramlarının təkmilləşdirilməsi, yeni məktəblərin tikintisi, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi