Bu gün Azərbaycanın Milli Müstəqilliyi Günüdür

Bu gün məktəbdə 18 oktyabr Müstəqillik gününə həsr olunmuş “ Əbədi istiqlalımız “ adlı tədbir keçirildi.Tədbirdə məktəbimizin şagirdləri Müstəqilliyimizə gedən yol, Müstəqillik haqqında konstitusiya aktı, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və Müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi fəaliyyəti və gördüyü işlər barədə geniş məlumat verdilər.Tədbirdə eyni zamanda konstitusiya aktı haqqında video çarx göstərildi.Vətənpərvərlik ruhunda şeirlər söyləndi,mahnılar oxundu.