5 Oktyabr müəllimlər günüdür

Oktyabrın 4-dü məktəbin kiçik akademiyasının şagirdləri müəllimlər üçün kiçik bir tədbir hazırladılar.Tədbir “5 Oktyabr müəllimlər günüdür “mövzusunda idi. Burada uşaqlar gözəl rəqslər,şeirlər, hazırladıqları slaydlar və mahnılar ilə müəllimlərin qarşısında çıxış etdilər.
Həmin gün məktəbə qonaq gələn “ ADNSU “ – nun professoru Keykavus Əcəmov tədbirdə ürək sözlərini və təbriklərini məktəb kollektivinə söylədi.Sonda məktəbin direktoru Səidə Məmmədova müəllim kollektivini Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etdi.