1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.
Mayın 31 – də məktəbin Tərbiyə işləri üzrə direktor müavini Məmmədova Elnarə və Uşaq birliyinin rəhbəri Yaxşıyeva Sevinc məktəbin İbtidai sinifləri üçün kiçik bir tədbir hazırlamışlar.Onlar çıxışlarında məktəbin bütün şagirdlərini ” 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik etdilər.