HAZIRLAYICI SİNİFDƏ KEÇİRİLƏN “NOVRUZ BAYRAMI“ ADLI AÇIQ DƏRS KEÇİRİLDİ
Bu gün hazırlayıcı sinifdə keçirilən “Novruzumuz “ başlıqlı açıq dərs keçirildi. Dərs yeni təlim üsulu ilə keçirilirdi. Şagirdlər çərşənbələrin adı altında qruplara ayrıldı. Bu çərşənbələr haqqında məlumat verildi. Şeirlər və mahnılar söylənildi. “Novruzu bayram edək “ mahnısı şagirdlərin bayrağımızı dalğalandıraraq ifasında dinlənildi. Sonda Heydər Əliyevin və İlham Əliyevin novruz şənliklərindən olan xatirə şəkillərinədə baxıldı. Müəllimə Aytən Balazairova və məktəbin direktoru Səidə Məmmədova bu bayramı Qarabağımızda keçirməyi qeyd etdilər.