ƏMİ MƏMMƏDOV ADINA 101 № - Lİ TAM ORTA MƏKTƏBDƏ KEÇİRİLƏN NOVRUZ BAYRAMI ŞƏNLİYİ

Əvvvəlcə şagirdlərə novruz bayramı haqqında məlumat verildi. Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir"Qılınc oynatma", "Kəmər atma" , "Kəndirbaz", "Qoç döyüşdürmə" tamaşaları indi də bəzi bölgələrdə hazırlanar. Novruz günlərində tamaşalardan başqa "Qurd oyunu", "Aşıq oyunu", "Dirə döymə" kimi oyunlar da təşkil edilirdi. Bu tədbirdədə idmançılar öz məharətlərini göstərirdi.Tədbirdə baharın gəlişi ilə əlaqədar şeirlər, mahnılar ifa olundu. Novruz bayramını kosasız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, kosa oyunu hər bayram xatırlanır, bizim tədbirdədə kosa və keçəl dəvət olunmuşdu . Kosanın xurcununa bayram sovqatı qoyub, kosa-kosa oyunu keçirildi. Kosanı adətən keçəl müşayiət edirdi. Beləcə tədbirdə müxtəlif oyunlar keçirildi, səməninin başına yığılmış qızların hakışta deməsidə xüsusi idi. Sonda isə tonqal qalanıb keçəl, kosa və bahar qızın başlığı altında tonqalın ətrafında yallı getdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi