4 a sinfində Həyat bilgisi dərsindən açıq dərs

02.03.2016 tarixində 4 a sinfində Həyat bilgisi dərsindən açıq dərs keçirilmişdir.Dərs Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Motivasiya elan olunduqdan sonra şagirdlər qruplara ayrıldı. Qruplara ad verildi. Hər qrupa tapşırıqlar verildi. Dərsdə həm başqa fənlərlə inteqrasiya yaradılmış, həmdə milli vətənpərvərliyimiz nəzərə alınmışdır. Dərs zamanı şagirdlərin bilik və bacarıqları nümayiş etdirildi.