31 mart soyqırım günüdür

Martın 29-da 101 nömrəli tam orta məktəbdə “ 31 mart soyqırımını unutmayaq , unutdurmayaq ” adlı muhazirə xarakterli tədbir keçirildi.Himnlə başlayan tədbir giriş sözü ilə məktəbin tarix müəllimi Fərəcova Kamilə açdı.O,soyqırım barədə qısa məlumat verdikdən sonra sözü şagirdlərə verdi. Onlar ” Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi “ , ” Mart qırğınına hazırlıq ” , “ Bakı qırğınları haqqında ” , ” Şamaxı qırğınları “ və “ Quba soyqırımı” haqqında məlumat verdilər. Çıxışlardan sonra tədbirin aparıcısı 10 “ A “ sinif şagirdi Sultanova Sultanə digər ərazilərimizdə baş verən erməni vəhşilikləri barədə danışdı.O,qırğınlara əsl qiymətin Ulu öndər Heydər Əliyev tərəfindən verildiyini, Ulu öndərin fərmanı ilə 31 mart gününü Azərbaycanlıların soyqırımı günü elan etdiyini vurğuladı.