Atəşgah məbədində Novruz bayramı

Martın 19-da 101 nömrəli tam orta məktəb Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə “ Atəşgah  məbədi ” Dövlət Tarix-Memarlıq Qoruğunda  ümumrayon bayram şənliyində  iştirak etmişdir.Tədbirdə 101 nömrəli məktəb tərəfindən hazırlanan qədim naxış Buta, sandıq və masadakı novruz xonçaları gələn qonaqların marağına səbəb olmuşdur.Məktəbimiz üçün ən maraqlı məqam isə aparıcımız Bahar qızı Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasovu salamlaması və söylədiyi ürək sözləri idi. Bahar qızımızın başçımız tərəfindən alqışlanması onu çox sevindirdi.Biz bu bayram münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi