“Valideynin məktəbdə bir günü”

21 fevral 2019-cu il tarixində məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı lahiyəsi keçirildi.İlk növbədə məktəb kollektivi ilə müntəzəm əlaqədə olan, məktəbin ictimai-sosial həyatında aktiv, təşəbbüskar və yaradıcı olan valideynlər əvvəlcə məktəbdə hörmətlə qarşılandı. Məktəbin direktoru Məmmədova Səidə valideynləri məktəbimiz ilə yaxından tanış etdi.Daha sonra valideynlər ilə birlikdə dərsləri müşahidə etdilər.
Dərs dinləmələr bitdikdən sonra valideynlər ücün hazırlanan verlişin bədii hissəsi başlandı. Şagirdlərin şeir , mahnı və rəqsləri onların valideynlərini qürurlandırdı.
Beləliklə məktəblə valideyn arasında olan münasibəti daha da yaxınlaşdırmış olduq. Ümid edirik ki, bu tədbir şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə müsbət təsir edən bir amil olacaqdır.