“Şəhidləri yad edirik”

O,vahiməli və faciəli gündən bizi illər ayırır.1990-ci ildə biz ya balaca idik və yaxud da hələ dünyada yox idik.Lakin o dəhşətli günlərin bəzi kadrları qorunub saxlanılmış və onlara baxdıqda insanın tükləri biz-biz olur.Deyirlər ki,zaman bütün dərdləri sağaldır.İllər keçir,lakin yaralar sağalmır ki,sağalmır.

Bu gün məktəbimizin şagirdlər bu mövzuda fikirlərini azad və aydın ifadə etdilər. Həmin günü məktəbimizin şagirdləri gözəl əl işlərini rəsm sərgisində nümayiş ediblər.Sərgidə şagirdlərimizi daha geniş məlumatlandırmaq üçün "20 yanvar" faciəsini əks etdirən kitablar nümayiş etdirilmişdi.

 Bu gün 3”B”sinif rəhbəri şagirdləri ilə birlikdə qəsəbəmizdə yerləşən “Vətən şəhidləri”məzarlığını da ziyarət etmişdilər.Sonda şagirdlər 20 yanvar şəhidlərini heç zaman unutmayacaq,əbədi xatirə kimi həmişə yad edəcək və onların unudulmaması üçün əllərindən gələni edəcəklərinə söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi