"HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİDİR"

Bu gün məktəbimizin müəllim və şagirdləri Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar məzarını Fəxri xiyabanda ziyarət etdilər.
Orada məktəbimizin müəllimləri şagirdlərə ,dahi şəxsiyyətin şərəfli ömür yolundan və xalqımız üçün xidmətlərindən danışdılar. Onun xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərini vurğuladılar. Heydər Əliyevin şəxsiyyət kimi gerçək xüsusiyyətləri , fikir və ideyalarını dərindən öyrənməyin və onun gənc nəslə yüksək səviyyədə öyrətməyin mühüm əhəmiyyət kəsb etdiyi bildirdilər.