Heydər Əliyev “Neft srategiyası”

Dərin mənəvi, mədəni, elmi iqtisadi, potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.
Məhs bu mövzu ilə əlaqədar məktəbimizin X sinif şagirdləri arasında inşa müsabiqəsi kleçirildi.Müsabiqədə qalib gələn dörd nəfərin inşa yazısı sərgidə nümaiş olundu.
Növbəti sərgi V siniflər arasında keçirilən rəsm sərgisindən ibarət oldu.
Digər tədbir isə X,XI siniflərin hazırladıqları “Dəyirmi masa “dır.Burada şagirdlər Ulu öndər Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər haqqında geniş məlumatlar verdilər.Tədbirdə 10”A” sinif şagirdi Nəzrin Mövsümova Heydər Əliyevin anım gününə həsr olunmuş söylədiyi seirdən sonra,tədbir iştirakçıları tətəfindən alqışla qarşılandı.