Əmi Məmmədov adına 101 nömrəli orta məktəbin 3 b sinfində ana dilindən keçirilən açıq dərs.
Əmi Məmmədov adına 101 nömrəli orta məktəbin 3b sinfində ana dilindən “ Göyçək Fatma “ başlığı altında açıq dərs keçirildi. Motivasiya sualı elan olunduqdan sonra proyektor vasitəsilə “ Göyçək Fatma “ – nın nağılı nümayiş etdirildi. Şagirdlər nağılı həvəslə izlədilər. Sonra isə şagirdlər qruplara ayrıldı. Nağılla bağlı müəllimə şagirdlərə tapşırıqlar verdi. Qrupdakı şagirdlər həvəslə öz tapşırıqlarını yerinə yetirdilər. Müəllimə Həbibova İntizar dərsin şagirdlər tərəfindən yüksək səviyyədə mənimsədilməsinə çalışdı.